14:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 2025-ci il yanvarın 29-da keçirilməsi qərara alınan bələdiyyə seçkilərində daha bir neçə partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən REAL Partiyasının, Ağ Partiyanın, Gələcək Azərbaycan Partiyasının, Ədalət Partiyasının, Vəhdəd Partiyasının, Haqq Ədalət Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Azad Vətən Partiyasının, Müasir Müsavat Partiyasının, Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

Qeyd olunana məsələlər səsverməyə qoyularaq qəbul edilib


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər