Tatarıstanın Kazan şəhərindəki yaşayış binalarına PUA-larla edilən hücum nəticəsində itki qeydə alınmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Respublikanın rəisi Rüstəm Minnixanov açıqlama verib.
Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 8 pilotsuz təyyarə müxtəlif istiqamətlərdən Kazana hücum edib. Rusiya Müdafiə Nazirliyi dronların zərərsizləşdirildiyini açıqlayıb. Hadisə zamanı şəhərin 3 rayonunda yanğın qeydə alınıb. Vəziyyətlə əlaqədar bütün sənaye müəssisələrinin işçiləri təxliyə olunaraq müvəqqəti sığınacaqlarda yerləşdirilib. Tatarıstan hökumətinin qərarı ilə qarşıdakı iki gün ərzində respublika ərazisində bütün kütləvi tədbirlər ləğv olunub.