01:34
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Rusiya-Ukrayna münaqişəsində atəşkəs danışıqları ilə bağlı Moskvanı razı salmaq mümkün olub.

Teleqraf.com xəbər verir ki, bunu Orban həftəlik mətbuat konfransında deyib.

Baş nazir qeyd edib ki, yeni il ərəfəsində əldə oluna biləcək atəşkəs qısamüddətli sülh üçün ümid olduğunu göstərəcək.

"Atəşkəs 2-3 gün davam edə bilər. Bununla bağlı Ukraynanın da mövqeyini dəyişməsi mümkündür", – Orban əlavə edib.

Orban, həmçinin Ukraynanın təxribatlara getməməsi lazım olduğunu vurğulayıb.

"Müharibə dövründə ən vacib məsələ strateji soyuqqanlılıqdır. Yeni il ərəfəsində atəşkəs təklifi hələ də gündəmdədir. Ukrayna Prezidenti Volodimir Zelenski bu təklifi qəbul edib-etməmək barədə məsuliyyət daşıyır", – deyə Macarıstanın baş naziri bildirib.

Orbanın sözlərinə görə, artıq insanlar müharibədən və sanksiyalardan yorulublar.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Macarıstanın vasitəçiliyindən imtina etdiyini açıqlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər