Gürcüstanın daha 13 vətəndaşı Latviyada arzuolunmaz şəxslər siyahısına əlavə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə qərarı Latviyanın xarici işlər naziri Bayba Braje qəbul edib.
O, “X” hesabında yazıb ki, həmin fiziki şəxslərin Latviyaya girişinə qadağa qeyri-müəyyən müddətə tətbiq edilib.
Qeyd edək ki, bu ilin dekabrın əvvəlində Latviya XİN-nin qərarı ilə 13 Gürcüstan vətəndaşı “persona non qrata” elan olunub. Siyahıya daxil edilmiş Gürcüstan vətəndaşlarının adları o zaman da açıqlanmamışdı.