12 il əvvəl Suriyada yoxa çıxan amerikalı jurnalist Ostin Taysın anası Debra Tays oğlunun tapılmasına köməklik edəcəyi vədinə görə Rusiya Prezidenti Vladimir Putinə dərin minnətdarlığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Hazırda hesab edirəm ki, Bəşər Əsəd ilə əlaqələri, o cümlədən, yerlərdəki vəziyyətlə bağlı məlumatı nəzərə alınsa, heç kimin prezident Putin kimi imkanları yoxdur”, - deyə Debra Tays vurğulayıb.
Məsələyə 2 gün əvvəl keçirdiyi illik mətbuat konfransında münasibət bildirən Putin, Suriyada vəziyyəti idarə edən şəxslərdən jurnalistin yerini öyrənəcəyinə dair söz verib.
Qeyd edək ki, amerikalı jurnalist 12 il öncə Suriyada itkin düşüb. Onun hələ də Əsəd rejiminin həbsxanalarından birində olduğuna dair şübhələr var.