Finlandiya hakimiyyəti ukraynalıların ölkələrinə deportasiyasına icazə verərək, onları “məzara” göndərir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında yazıb.
Diplomat qeyd edib ki, Finlandiya yaşayış icazəsi və ya sığınacaq verilməmiş ukraynalıların, habelə cinayət törətmiş şəxslərin deportasiyasına yenidən icazə verib.
Onun sözlərinə görə, "Migri" miqrasiya xidməti bəyan edib ki, Ukraynada təhlükəsiz regionlar var.
“Fantastik alçaqlıq. Axı onlar başa düşməlidirlər ki, Zelenski Ukraynaya deportasiya edilənləri dərhal məzara göndərəcək”, - diplomat qeyd edib.