21 Dekabr 10:36
260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, dekabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və 26 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər