Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı sükan arxasında ölüb.
Teleqraf.com-un yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində Türkiyə vətəndaşı, 51 yaşlı TIR sürücüsü Adəm Talay dünyasını dəyişib.
Sürücünün sükan arxasında ürək çatışmazlığından həyatını itirdiyi bildirilir.