Kazan hava limanında uçuşlarla bağlı tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Uçuşların təhlükəsiz şəkildə təmin olunması üçün bütün lazımı tədbirlərin görüldüyü qeyd olunub.
Ukraynaya məxsus PUA-ların Kazan şəhərinə hücumundan sonra açıqlama verən Tatarıstan rəhbəri Rüstəm Minnixanov sakinləri təşvişə düşməməyə çağırıb.