15 Yanvar 2017 19:18
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da hüquq müdafiə təşkilatının üzvləri yeni prezidenti Donald Trampın andiçmə mərasimi əleyhinə mitinqlərə başlayıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, aksiyalar onun andiçmə mərasiminə, yanvarın 20-nə qədər davam edəcək.

Yanvarın 14-də bir neçə min insan Vaşinqtonda küçələrə çıxaraq Trampın gələcək siyasəti ilə razılaşmadığını, onun qadınlar, sosial azlıqlar və əcnəbilər barədə dediklərinə etiraz ediblər.

Aksiya iştirakçıları tələb edirlər ki, yeni adminstrasiya səhiyyə və cinayət məsələləri ilə bağlı, o cümlədən, imiqrasiya sahəsində islahatlara imkan verməsin.

Tramp seçki kompaniyası zamanı bildirib ki, o, qanunsuz imiqrasiyanın qarşısınıalmaq üçün Meksika ilə ABŞ arasında divar tikəcək, Obamanın başlatdığı “Obamacare” tibbi sığortasını ləğv edəcək.


Müəllif:

Oxşar xəbərlər