16 Yanvar 2017 12:34
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda narkotik maddələrin qaçaqmalçılığı, qətl və silahlı oğurluqda günahlandırılaran daha 24 nəfər edam edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, edamlar Qəzvin, Kərəc, Rəşt, Həmədan, Kirman və Sari şəhər həbsxanalarında həyata keçirilib.

Qeyd edək ki, son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hakimiyyəti öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

Samir


Müəllif:

Oxşar xəbərlər