Kanadanın Saskaçevan əyalətində baş vermiş qəza nəticəsində 200 min litr neft ətrafa yayılıb. Bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Globe and Mail” nəşri bildirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, boru kəməri “Tundra Energy Marketing” şirkətinə məxsusdur.
Yerli hakimiyyət orqanının nümayəndəsi Keti Yang sızıntının boru kəmərinin zədələnməsi nəticəsində baş verə biləcəyini istisna etməyib. Hazırda qəzanın səbəbləri araşdırılır.