İraq ordusunun Mosulda aparıdığı hərbi əməliyyatlar zamanı İŞİD terror qruplaşmasının liderləri Əbu Bəkr əl-Bağdadinin əsas silahdaşlarından sayılan Abdulla Yusif öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İraqın "IBNNews" informasiya portalı məlumat yayıb.
Məlumata görə, Əbu Bəkr əl-Xatuni ləqəbi ilə də tanınan terrorçu İŞİD-in əsas fiqurlarından biri olub.