4 Fevral 2017 18:51
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Güləş Federasiyaları Birliyi Tehran hökumətinin amerikalı idmançıların İranda keçiriləcək dünya çempionatından uzaqlaşdırılması ilə bağlı istəyinə müsbət cavab verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı birliyin rəsmi saytında məlumat yerləşdirilib:

"Beynəlxalq Güləş Federasiyaları Birliyi olaraq, İran Xarici İşlər Nazirliyinin fərqli qərar verəcəyini düşünürdük. Buna baxmayaraq, İranın verdiyi qərara hörmət edirik. Qısa müddətə yarışın gedişatında dəyişikliyin edilməsinə çalışacağıq. Ümid edirik ki, yaxın vaxtlarda iranlı və amerikalı güləşçilərin qarşılaşmalarını yenə izləyə biləcəyik".

Qərara əsasən, amerikalı idmançılar Kirmanşah şəhərində fevralın 16-17-də baş tutacaq Sərbəst Güləş üzrə Dünya Çempionatına buraxılmayacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər