Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda güclü zəlzələ baş verib.
Maqnitudası 5,3 bal olan yeraltı təkanlardan bir neçə dəqiqə sonra 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb. Məlumatlara görə, zəlzələ İzmir, Bursa və İstanbulda hiss olunub.
Yeraltı təkanlar nəticəsində Bakırköy rayonunda 40-a yaxın ev dağılıb, iki nəfər dağıntılar altında qalaraq, xəsarət alıb.
Hadisə yerinə çox sayda xilasetmək qüvvələri cəlb edilib.
Saat 09:41
Türkiyənin Çanaqqala bölgəsində güclü zəlzələ baş verib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanlar Rixter şkalası üzrə 5,3 bal gücündə qeydə alınıb.
Zəlzələnin episentri Ayvacıq rayonunda yerin 9 kilometr dərinliyində olub. Dağıntı və tələfatla bağlı məlumat verilmir.
Samir