8 İyul 2014 18:34

Türkiyə prezidentinin kürəkəni yeni vergi ödəməli olacaq.

Teleqraf.com-un xəbərinə görə, Abdullah Gülün kürəkəni olan Məhmət Sarımərmər bu vergini prezident onun villasına köçəcəyi təqdirdə ödəməlidir.

Belə ki, evin dəyəri, məsələn, 100 milyon lirə olduğu halda kirayə gəliri 500 min lirə hesablanır. Vergi qanunvericiliyinin 73-cü maddəsinə əsasən, qonağın kimliyindən, qohumluq əlaqələrinin yaxınlığından asılı olmayaraq, ev sahibi kirayə vergisi ödəməlidir.

Hər zaman xalq tərəfindən “sadə prezident” kimi tanınan Gül hər kəsi təəccübləndirib. O, Canqayadakı evini tərk etdikdən sonra kürəkəninin lüks villasına köçmək niyyətindədir.

Verilən məlumata görə, Sarımərmərin sahib olduğu villanın dəyəri 9 milyon dollardır (təxminən 19 milyon türk lirəsi). Ev 3 min kvadrat metr ərazidə tikilib. Evin 1100 kvadrat metr sahəsi hər birinin ayrıca hamamı olan 5 yataq otağından ibarətdir. Onun qarşısında hovuz, türk hamamı, sauna, 7 avtomobil üçün nəzərdə tutulmuş qaraj olduğu bildirilir.

Lakin hazırda Türkiyə hökuməti yeni qanun layihəsi üzərində çalışır. Əgər qanun qəbul edilsə, vergidən azad olmaq imkanı yaranacaq.

Yayılan xəbərə görə, Gül prezidentliyi təhvil verdikdən dərhal sonra, Canqayadan Qanlıcaya, qızı və kürəkəninin yaşadığı evə köçəcək.

Prezidentin yeni qonşuları arasında ötən ilin dekabr ayımda rüşvət qalmaqalından sonra vəzifəsindən istefa verən keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayan da olacaq.

Ülviyyə


Müəllif:
Загрузка...