Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın yeni dövlət başçısı Donald Trampın İŞİD-lə mübarizə cəhdlərini ümidverici hal kimi dəyərləndirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Suriya rəhbəri deyib: "ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizəni prioritet hesab etməsi ümid vəd edir, ancaq hər hansı bir şey gözləmək hələ tezdir".
Bəşər Əsədin fikrincə, ABŞ-la Rusiyanın islam radikalizmi ilə mübarizədə əməkdaşlıq etməsi Suriyada terrorizmlə savaşa güclü təkan verəcək.
MAHİR