Türkiyənin Mədəniyyət və Turizm naziri Nabi Avcı 7 illik fasilədən sonar İsrailə səfər edən ilk türk dövlət adamı kimi tarixə düşdü.
Teleqraf.com xəbər verir ki, nazirin İsrailə səfəri ciddi diqqət çəksə də, sonda baş verənlər Türkiyəni rahatsız edib. Belə ki, nazir Avcinin səfəri ilə eyni gündə İsrail qırıcıları Qəzzanı havadan bombalayıb, tanklar isə qurudan hücum təşkil edib. İsrail ordusunun rəsmiləri bu addımları Həmasın İsrailə raket zərbələrinə cavab tədbirləri olduğunu bəyan ediblər.
Türkiyəli nazir İsraildə Ağdəniz Turizm Mərkəzinin açılışına qatılacaq, eləcədə isralilli həmkarı Yariv Levinlə görüşəcək.
Cavad