Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Baş tutan telefon danışığı zamanı liderlər ikitərəfli əlaqələr və terrorla mübarizə məsələlərini müzakirə ediblər. Məlumatda bildirilib ki, Tramp ABŞ-ın NATO üzrə tərəfdaşı və müttəfiqi olan Türkiyəyə dəstəyini ifadə edib və Ankaranın terrorçuluqla mübarizə səylərini yüksək qiymətləndirib.
Liderlərin telefon danışığı 45 dəqiqə müddətində davam edib.
Samir