“Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Maykl Flinin istefasını Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp istəyib”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Şon Spayser gündəlik mətbuat konfransında bu barədə danışıb:
“17 gün əvvəl Tramp Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Maykl Flinə xəbərdarlıq etdi ki, istefa versin. Çünki o, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla telefonda danışıb və bu barədə prezident köməkçisi Mayk Pensə səhv məlumat verib.
Söz-söhbətlər ortaya çıxandan bəri məsələnin gerçək olub-olmadığı araşdırıldı. Prezident səhv istiqamətləndirməyə görə çox ciddi şəkildə narahat oldu. Çünki bu, bir etibar məsələsidir”.
Samir