16 Fevral 2017 12:00
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Pentaqonla əməkdaşlığı bərpa etməyə hazırdır, amma Rusiyaya qarşı güc mövqeyindən çıxış edildiyi üçün dialoq cəhdləri perspektivsizdir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Pentaqon rəhbəri Ceyms Mettisin NATO müdafiə nazirlərinin toplantısında səsləndirdiyi fikrə cavab olaraq deyib.

Mettis bildirib ki, ABŞ əvvəlki kimi Rusiya ilə əməkdaşlıq münasibətlərinin bərpasına sadiq qalır, ancaq Moskva ilə güc mövqeyindən danışmaq niyyətindədir.

Şoyqunun sözlərinə görə, bu gün Bakıda keçiriləcək görüşdə Pentaqon tərəfindən izahat gözləyirlər: "İnanırıq ki, ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisi Cozef Denford rusiyalı həmkarı Valeri Gerasimovla Bakı görüşündə buna aydınlıq gətirəcək".

Samir


Müəllif:

Oxşar xəbərlər