ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə əlaqələrinin yaxşılaşmasına maneə olan məsələlərdən danışıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, keçirdiyi mətbuat konfrasında bildirib ki, yalan informasiyalar ABŞ-ın Rusiya ilə əlaqələrinə mənfi təsir göstərir: "Bu cür informasiyalar demək olar ki, hər gün yayılır. Fakt olmadan administrasiyanı Rusiya kəşfiyyatı ilə əlaqələrdə ittiham edirlər".
ABŞ prezidenti bildirib ki, Rusiya ilə əlaqələri yaxşılaşdırmaq niyyətindədir, ancaq siyasi cəhətdən bu, çətin olacaq: "Mən bilirəm ki, iki ölkə anlaşa biləcək. Mən birinci növbədə amerikalılar, ikinci növbədə isə dünya üçün düzgün işlər görmək istəyirəm".
Samir