20 Fevral 2017 17:02
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ xüsusi xidmət orqanları Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyakın telefon danışıqlarını qanunsuz olaraq dinləyib".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:

"Donald Trmpın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, general Flinnin ətrafında yaranan qalmaqaldan sonra ABŞ xüsusi xidmət orqanları rəsmi olaraq, bəyan etdilər ki, Kislyakı dinləyiblər. Bu isə qanuna ziddir".

Qeyd edək ki, Maykl Flinn ABŞ prezidentindən xəbərsiz rus səfiri ilə görüşdüyü üçün istefa verib.

Samir


Müəllif: