26 Fevral 2017 16:58
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya, Fransa, İtaliya və Lüksemburqun parlamentlərinin aşağı palatalarının rəhbərləri avrointeqrasiyanı gücləndirməyə və hazırkı Avropa İttifaqının bazasında federasiya yaratmağa çağırıb.

APA-nın məlumatına görə, Almaniya Bundestaqının sədri Norbert Lammert Fransa Milli Məclisinin sədri Klod Bartolon, İtaliya Deputatlar Palatasının sədri Laura Boldrini və Lüksemburq Deputatlar Palatasının spikeri Mars di Bartolomeonun bununla bağlı açıq məktubu “La Stampa” qəzetində çap edilib.

Qeyd edək ki, martın 17-də Romada Avropa İttifaqının əsasının qoyulduğu Roma sazişinin imzalanmasının 60 illiyi qeyd ediləcək. Avropa İttifaqının yaradılması təşəbbüsünün müəllifi olan 6 ölkədən 4-nün parlamentinin aşağı palatasının sədrləri məktublarında qeyd ediblər ki, Avropa layihəsi hazırda kritik anını yaşayır: “Avropa ölkələrinin çoxunda işsizlik yüksək səviyyədədir, narazılıq artır. Ölkələr ayrılıqda miqrasiya problemi, vətəndaşların hakimiyyətə inamsızlığının artması, populist millətçi və hətta ksenofobiya hərəkatları ilə mübarizə aparmaq imkanında deyillər. Üstəlik, ilk dəfə üzv dövlətlərdən biri Avropa İttifaqının tərkibindən çıxıb. Biz nə qədər ki, gec deyil, hərəkətə keçməliyik”.

Məktub müəllifləri Avropa İttifaqı ölkələrini dövlətlərin ayrı-ayrılıqda effektiv mübarizə apara bilmədikləri sahələrdə suverenliklərini bölüşməyi təklif ediblər. Bu sırada iqlim dəyişikliyinə qarşı mübarizə, enerji siyasəti, maliyyə sferası, miqrasiya sahəsi və terrorizmlə mübarizə qeyd edilib.


Müəllif:

Oxşar xəbərlər