BMT İraqda İŞİD terrorçularının seksual zorakılığına məruz qalmış qadınlara kömək üçün xüsusi mərkəz yaradılmasını təklif edib.
Bu təklifi bu gün İraqa, o cümlədən bir hissəsi hələ də İŞİD terrorçularının nəzarətində olan Mosul ətrafına səfər edən BMT baş katibinin münaqişələrdə seksual zorakılıq üzrə xüsusi nümayəndəsi Zeynəb Banqura səsləndirib.
Hazırda döyüşlərin getdiyi Mosuldan hər gün əksəriyyəti qadın və uşaqlar olmaqla, 10 min insan qaçır. Şəhər 2,5 ilə qədər İŞİD-in nəzarətində olub. Z. Banqura deyib ki, şəhərdə terrorçuların təhqir və zorakılığına məruz qalmış çoxlu sayda qadına ilk növbədə tibbi və psixoloji dəstək vacibdir.
Qeyd edək ki, hazırda BMT-nin dəstəyi ilə İraqda seksual zorakılığa məruz qalmış qadınlar üçün iki anoloji mərkəz fəaliyyət göstərir. Həmin mərkəzlərdən biri Fəlluca, digəri isə Dahuk şəhəri yaxınlığında yerləşir.
/APA/