ABŞ-ın Oregon əyalətində yerləşən Tiller qəsəbəsi 3,8 milyon dollara satışa çıxarılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Portland şəhərinin 362 kilometr cənubunda olan qəsəbənin böyük bir qışımın də məskunlaşma yoxdur.
Satışa çıxarılan mülklər arasında altı ev, bir dairə, bir benzin stansiyası və bir dükan var. Qəsəbə ətrafında təxminən 250 adam yaşayırmış.
Ancaq əhalinin əhəmiyyətli bir qismi qəsəbədəki istehsal müəssisələrinin bağlanması səbəbindən köç edib.
Hazırda qəsəbədə məktəbin yanındakı evdə təqaüdçü müəllim və kilsənin keşişi olmaqla cəmi iki adam yaşayır.
Cavad