19 Mart 2017 15:23
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Türkiyədəki səfiri Martin Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.

Teleqraf.com “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın açıqlama verib. O qeyd edib ki, səfirin XİN-ə çağrılmasına PKK tərəfdarlarının martın 18-də Almaniyada keçirdikləri mitinqlə bağlı olub.

“Novruz bayramının da adını ləkələyirlər”, deyən prezidentin nümayəndəsi mitinqlə bağlı XİN-ə çağrılan səfirin çox sərt şəkildə qınandığını vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər