22 Mart 2017 19:40
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin sabiq "müdafiə naziri" Samvel Babayan həbs olunub.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti erməni mediasına istinadən xəbər verir.

Sabiq "müdafiə naziri"nin "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılığı ilə bağlı cinayət işi ilə əlaqədar həbs olunduğu bildirilir.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bir müddət əvvəl Gürcüstandan "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılıq yolu ilə Ermənistana keçirilmə cəhdi ilə bağlı məlumat yaymışdı.


Müəllif:

Oxşar xəbərlər