23 Mart 2017 21:40
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda parlament binası yaxınlığında terror hücumunu gerçəkləşdirən britaniyalı “İslam Dövləti” (İŞİD) silahlı qruplaşmasının “əsgər”i olub.

Teleqraf.com xəbər verir ki, bunu ekstremist qruplaşma martın 23-də, qeyri-rəsmi Amaq xəbər agentliyi vasitəsilə bildirib.

Həmin hücumda bir nəfər polis zabitini bıçaqlayıb, daha sonra maşını Vestminister körpüsü üzərindəki piyadaların üstünə sürüb. Polis hücum edəni güllələyib. Polis nəfəri, hücum edən şəxs və daha 2 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Britaniyanın baş naziri Theresa May martın 23-də parlamentdə çıxışında deyib ki, bu terror hücumu demokratiyanı susdurmaq məqsədi güdür. “Amma biz qorxmuruq və terror dalğası qarşısında heç vaxt tərəddüd etməyəcəyik”, – May bildirib.


Müəllif:

Oxşar xəbərlər