27 Mart 2017 07:44
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya hökuməti qarşıdan gələn "Debbi" qasırğasından qabaq ölkənin şimal-şərqindəki Kvinslend ştatının bir neçə min sakinini təxliyə edir.

Teleqraf.com Trend-ə istinadən verdiyi məlumata görə, Avstraliya meteoroloji bürosu xəbərdarlıq edib ki, 2011-ci ildəki "Yasi" tropik qasırğasından sonra "Debbi" ən pis ola bilər. Büro fırtınaya ikinci dərəcə verib.

Gözlənilir ki, yaxın günlərdə siklon dördüncü dərəcəyə kimi güclənəcək, küləyin sürəti isə saatda 300 kilometrədək artacaq.


Müəllif:

Oxşar xəbərlər