4 Aprel 2017 15:15
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr bu gün səhər saatlarında İdlibin Han Şeyhun bölgəsini kimyəvi silahlarla bombardman ediblər.

Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Suriyanın keçid hökumətinin səhiyyə naziri Ferras Cundi məlumat verib.

Onun sözlərinə görə, hücum zamanı çoxu uşaq olmaqla 100 nəfər həlak olub, 500-dən çox insan yaralanıb. Yaralılardan 15-i Türkiyəyə göndərilib.

Cundi bildirib ki, son 10 gündə Əsəd rejimi üç dəfə dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə edib: "Hücum zamanı bölgə xəstəxanası da yararsız hala düşüb".

Samir


Müəllif:

Oxşar xəbərlər