İran Ordusu Quru Qoşunlarının komandanı, general Kiyumers Heydəri bu il qarşıda duran əsas planları açıqlayıb.
Teleqraf.com Mehr agentliyinə istinadla xəbər verir ki, o, qərargah rəislərinin toplantısında qarşıda 5 bəndlik planın dayandığını deyib.
Birincisi, quru qoşunlarında silah istehsalı strukturunu formalşadırmaq, ikincisi universitetlərlə əməkdaşığa başlamaq, üçüncüsü, Aviasiya Qüvvələrinin döyüş hazırlığını gücləndirmək, dördüncüsü, Quru Qoşunların əsgər və zabitinin əhval-ruhiyyəsini yüksəltmək, beçincisi şəxsi heyəti daha fəal vəziyyətə gətirməkdir.
Kiyumers Heydəri bəyan edib ki, bu dəyişiklər bu il başa çatdırılacaq.