Gürcüstan Prezidenti Georgi Merqvelaşvili Pasxa bayramı münasibəti ilə 91 məhkumu əfv edib.
Teleqraf.com Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bunu Əvf Komissiyasının sədri Eviad Koridze bildirib.
Komissiya aprelin 4-dən 6-dək 579 məhkumun cinayət işini araşdırıb. Xatırladaq ki, aprelin 16-da xristianlar Pasxa bayramını qeyd edəcəklər.