ABŞ-ın siyasi, iqtisadi və hərbi təxribatına Şimali Koreya lazımı addımlarla cavab verəcək.
Teleqraf.com "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu sözlər Şimali Koreya Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında yer alıb.
Sənəddə Şimali Koreyanın hərbi müdaxilə zamanı raket zərbələri endirəcəyi mövqe də açıqlanıb: "Əgər Vaşinqton hərbi müdaxiləyə əl atsa, KXDR ABŞ-ın Yaponiyadakı hərbi bazasını bombalayacaq".
Qeyd edək ki, Pxenyan hökuməti Şimali Koreya liderinin ad günü münasibəti ilə aprelin 15-də ballistik raket sınağı keçirəcəyini açıqlayıb. ABŞ bu raket sınağının qarşısını almaq və Şimali Koreyaya qarşı cavab addımları atmaq üçün Koreya yarımadasının sahillərinə 2 ədəd aviadaşıyıcı göndərib.
Samir