Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Qərbin Gürcüstandakı vəziyyətlə bağlı hərəkətləri zəif olub.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı bu barədə ABŞ-nin CBN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Gürcüstanda bütün hakimiyyət Moskva ilə birbaşa bağlılığı olan biznesin əlindədir.
“Onlar bu gün tam olaraq Rusiyanın nəzarəti altındadırlar. Hesab edirəm ki, ABŞ və Avropa güclü olmadı, Rusiyaya yerini göstərmədilər. Onlar hansı ciddi tədbirlər görüblər?.. Mən heç nə görmürəm”, - deyə Zelenski vurğulayıb.