ABŞ Hərbi Hava Qüvvələri B61-12 atom bombasının ilk dəfə F-16 qırıcıları vasitəsilə sınağını keçirib.
Teleqraf.com-un məlumatına görə, sınaq Nevada ştatında baş tutub.
Məqsəd F-16 qırıcılarının döyüş başlıqlarını daşımaq qabiliyyətini və qeyri-nüvə raket komponentlərinin funksionallığının yoxlanması olub.
В61 -12 bombasının ilk sınağı 2015-ci ildə keçirilib. 2020-ci ildə bombanın seriya istehsalına başlanması nəzərdə tutulur.