Teleqraf.com "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, görüş zamanı Şimali Koreyanın nüvə proqramı ilə mübarizə məsələsi müzakirə olunub.
Pensin sözlərinə görə, Vaşinqton Tokio kimi regionda vəziyyətin sülh yolu ilə həllinə çalışır. O əlavə edib ki, sülh güc yolu ilə qazanılır.
Bundan başqa, diplomat ABŞ-ın Yaponiya, Cənubi Koreya və Çin ilə KXDR-in nüvə proqramı ilə mübarizədə əməkdaşlıq istəklərindən də danışıb.
Pens və Abe görüş zamanı təhlükəsizlik sahəsində və Çinin Pxenyanın raket proqramı ilə mübarizədə daha aktiv rol alması üçün danışıqların aparılması məsələsində razılığa gəliblər.
Samir