Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Ərdoğan “Əl-Cəzirə” kanalı əməkdaşının “ABŞ rəhbərliyi YPG, PYD və PKK siyasətini dəyişib-dəyişməyəcəyi haqda Ankaraya söz verdimi” sualına cavabında deyib.
Türkiyə prezidenti qeyd edib ki, əvvəlki dövrlərdə də bu mövzuda Amerika administrasiyası ilə müzakirələri olub:
“Obama dövründə bu mövzuda razılaşma əldə edildi. Lakin təəssüf ki, Obama PYD və YPG məsələsində bizi aldatdı. İndiki rəhbərliyin eyni vəziyyəti təkrar edəcəyini ehtimal etmirəm”.
Cavad