22 Aprel 2017 20:11
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının əsgərinin qətli ilə bağlı cinayət işi başlanıb.

APA-nın verdiyi xəbərə görə, qətlə yetirilən hərbçinin müqavilə əsasında xidmət çəkən 21 yaşlı Dmitri Yalpayev olduğu müəyyən edilib.

Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.


***

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının əsgərinin meyiti aşkarlanıb.

APA-nın verdiyi xəbərə görə, meyit şəhərdə yerləşən hərbi bazanın yaxınlığındakı mağazanın qarşısında aşkarlanıb.

Məlumata görə, meyitin üzərində kəsilmiş-deşilmiş xəsarətlərin olduğu müəyyənləşdirilib.

Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.


Müəllif:

Oxşar xəbərlər