Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantıda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ABŞ səfəri və Suriya məsələsi müzakirə olunub.
Bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, iclasda parlamentin spikerləri Valentin Matviyenko və Vyaçeslav Volodun, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının sədri Nikolay Partuşev, Daxili İşlər naziri Vladimir Kolokoltsev, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat İdarəsinin rəisi Sergey Narışkin, prezidentin təiətin, ekologiyanın və nəqliyyat strukturunun mühafizəsi üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.
Qeyd edək ki, Lavrov ABŞ səfəri çərçivəsində Dövlət katibi Reks Tillersonla Vaşinqtonda görüşəcək. Görüş zamanı Suriya və Ukraynadakı vəziyyət, eləcə də iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq. Bundan sonra Lavrov Ağ Evdə ABŞ Prezidenti Donald Trampla bir araya gələcək.
Samir