Teleqraf.com xəbər verir ki, belə bir iddianı Türkiyə mediası gündəmə gətirib.
Bu gün isə ABŞ-da nəşr edilən “Uoll Strit Jurnal” qəzeti yazıb ki, Vaşinqton Ankaranın PKK ilə mübarizəsində terror hədəflərini daha uğurlu şəkildə zərərsizləşdirmək üçün kəşfiyyat əlaqələrini gücləndirəcək. İddia olunur ki, YPG-yə silah vermək qərarı ilə kəşfiyyat mübadiləsi qərarının zaman baxımından eyni dövrə düşməsi təsadüfdür.
ABŞ rəsmiləri hesab edirlər ki, bu qərar Türkiyənin narahatlığının aradan qaldırılması, ABŞ-ın Türkiyə istiqamətində terror təhdidini ciddi qəbul etdiyini göstərmək məqsədilə qəbul edilib.
İddialara inansaq, ABŞ və Türkiyə kəşfiyyatının Ankarada yerləşən birgə ofisinin işçilərinin sayı çoxaldılacaq, bundan başqa ABŞ-ın pilotsuz kəşfiyyat təyyarələri və digər vasitələri kəşfiyyat məlumatlarının Ankaraya ötürülməsinə çalışacaq.
Cavad