15 May 2017 17:07
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havr şəhərinin meri, sağ-mərkəzçi Eduar Filipp Fransanın yeni baş naziri təyin olunub. Teleqraf.com xəbər verir ki, bu qərarı ölkənin yeni prezidenti Emmanuel Makron qəbul edib.

“Respublikanın prezidenti Eduar Filipi baş nazir təyin edib və ona hökuməti formalaşdırmaq səlahiyyəti verib”, deyə Yelisey Sarayının baş katibi Aleksi Koler bildirib.

Yaxın iki həftə ərzində E.Filip hökuməti formalaşdırmalı və nazirlərin siyahısını Makrona təqdim etməlidir. Yeni kabinetin tərkibinə 15 nazir daxil olacaq.

Normandiya əsilli, nüfuzlu Milli Administrasiya Məktəbinin məzunu olan 46 yaşlı yeni baş nazir siyasi karyeraya 2001-ci ildə başlayıb. 2010-cu ildə Havr şəhərinin meri təyin olunub və bu günədək həmin vəzifəni icra edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər