16 May 2017 08:52
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada bir idman salonunda tanış olan cütlük 260 kiloqram arıqladıqdan sonra evlənib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, cütlüyün bu addımı görənləri heyrətləndirib.

Məlumatlara görə, Nyu York şəhər sakini olan Ronni Broverin 2013-cü ildə çəkisi 306 kiloqram olub. Həmin vaxt 28 yaşında olan Broverə həkimlər arıqlamağı məsləhət görüb. Həkimlərin fikrincə, əks halda o, 30 yaşında öləcək.

Spirt və dərman istifadəçisi olan Brover idman salonunda 24 yaşlı və 113 kiloqram ağırlığında olan Andrea Masella ilə tanış olub. Bir müddət sonra evlənmək qərarına gəliblər. Evlənmək istəyi cütlüyün arıqlamağına stimul verib. Toya kimi kürəkən 98, gəlin isə 61 kiloqram arıqlamağa nail olub.

Şəfiqə Nazimqızı


Müəllif:

Oxşar xəbərlər