21 May 2017 13:59
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp İsrailə edəcəyi rəsmi səfərdən bir gün əvvəl İsrail-Fələstin münaqişənin sülh yolu ilə həll edilməsi üçün böyük imkanlar olduğunu bəyan edib.

“İsrail Haymon” qəzetinə müsahibə verən prezident Tramp bəyan edib ki, İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həlli üçün böyük imkanlar olduğuna inanır: “Mən İsrail xalqını sevirəm. İsrail və Fələstin xalqı arasında sülhün əldə edilməsi üçün böyük səylə çalışıram. Sülhün hər kəsin ümid etdiyindən daha tez bir zamanda əldə olunacağına ümidim var”.

Sülhün formatı haqqında məsələyə gəldikdə prezident deyib ki, bu istiqamətdə işləyən işçi qrupu mövcuddur: “Mənim xüsusi nümayəndələrim var”..


Müəllif: Cavad

Oxşar xəbərlər