Rusiya Baş naziri Dmitri Medvedyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Sammitində iştirak etmək üçün İstanbula yollanıb.
Teleqraf.com xəbər verir ki, sammit çərçivəsində Dmitri Medvedyev Türkiyə Baş naziri Binəli Yıldırımla da görüşəcək. Görüş zamanı iki ölkə arasındakı qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi gözlənilir.