Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yeni hökumət qurmaq üçün səlahiyyət alan Edit Sşippers bütün cəhdlərinə baxmayaraq, koalisiya hökuməti qurmağa nail ola bilməyib.
Qeyd edək ki, Edit Sşippers sonuncu hökumətdə sosial yardım və idman naziri vəzifəsini tutub.
Koalisiya hökuməti qurmaq üçün apardığı danışıqların bir nəticə verməməsi səbəbindən Sşipper jurnalistlərə açıqlama verməyib. O bildirib ki, sabaha qədər fikirləşməyi lazımdır.
Sşippers koalisiya hökuməti üçün tək variantın Azadlıq və Demokratiya naminə Xalq Partiyası (VVD), Xristian Demokratiya Birliyi (CDA), Demokrat 66 (D66) və Xristian Birlik Partiyasının (CU) bir araya gəlməsində görüb. Bunun ardınca adı çəkilən partiyalar arasında da danışıqlar aparılıb.
CU və D66 liderləri bu dördlük koalisiya variantı üçün öz partiyaları daxilində müzakirələr aparıb dəstək əldə ediblər.
Bu partiya liderləri daha sonra Sşipperslə bir araya gələrək müzakirələr aparıb. Amma müzakirələrdən sonra bəlli olub ki, bəzi mövzularda tərəflər arasında ciddi fikir ayrılıqlarıvar. Bu səbəbdən də boş yerə zaman itirməmək üçün danışıqlar dayandırılıb.
Hökumətin idarə edilməsinin vacib olduğunu bəyan edən Sşippers isə siyasi partiya liderlərinin şüurlu hərəkət etmələrinin lazım olduğunu deyib: “Əgər liderlər bu şəkildə inad edərlərsə, bu mənim işimi asanlaşdırmayacaq”.
Bu arada bəlli olub ki, Hollandiya Nümayəndələr Məclisi ortaya çıxan koalisiya böhranını müzakirə etmək üçün sabah bir araya gələcək.