Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Lauşkinə qarşı korrupsiya ittihamı irəli sürülüb və o, axtarışa verilib.
Məlumatlara görə, general Lauşkin hazırda həbsdə olan polkovnik Zaxarçekoya 800 min dollar rüşvətin çatdırılmasında vasitəçilikdə ittiham olunur. İlkin ehtimallarda generalın Gürcüstana qaçdığı iddia edilir.
Qeyd edək ki, Zaxarçenko ötən ilin sentyabrında vəzifə səlahiyyətlərini aşma və rüşvət alma maddələri üzrə təqsirli bilinərək, həbs olunub.