27 May 2017 00:28
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda ilk dəfə məscid tikiləcək

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, uzun müzakirələrdən sonra Yunanıstan hökuməti bu qəarar gəlib.

Qərara görə, məscidin rəhbərliyi Təhsil Nazirliyindən bir, Maliyyə Nazirliyindən bir dövlət məmuru, bələdiyyədən iki işçi, ali məhkəmədən bir hakim və müsəlman cəmiyyətlərindən iki nümayəndədən ibarət 7 nəfərlik heyət olacaq.

Yunanıstanın Dəniz Qüvvələri Komandanlığına aid ərazisində tikiləcək məscid təxminən 850 kvadrat metr olacaq və 350 adam üçün nəzərdə tutulur. Minarəsi olmayacaq məscidə ayrılan büdcə 887 min avrodur.

Qeyd edək ki, Yunanıstanda dövlət tərəfindən ilk dəfədir məscid tikilir. Bu zamana qədər müsəlmanlar ibadətlərini öz imkanlarıyla qurduqları yeraltı məscidlərdə edirdi.

Şəfiqə Nazimqızı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər