5 İyun 2017 13:35
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 4-də təşkil olunan İngiltərənin paytaxtı Londonda və 9 nəfərin ölümünə, 50 nəfərin isə yaralanmasına səbəb olan terror aktının əsas təşkilatçısının görüntüləri yayımlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Abz ləqəbli 27 yaşlı terrorçunun Londonun şərqindəki Barkinq bölgəsində yaşadığı, evli və 2 uşaq atası olduğu aydınlaşıb.

Məlumatlara görə, həmin şəxs bir müddət öncə İŞİD terrorçularının hazırladığı sənədli filmdə çəkilibmiş.

Videonu təqdim edirik:


Müəllif: Samir