6 İyul 2017 23:23
2 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının sıralarına qoşulan Tacikistanın xüsusi təyinatlı polis qüvvələri komandanının iki qardaşı öldürülüb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, polis rəisi olmuş Gülmurad Həlimovun qardaşları və digər qohumları ölkədə silahlı birləşmə yaradaraq dövlətə qarşı mübarizəyə qalxıblar.

Onlar dünən polislə atışma zamanı öldürülüblər.

Qeyd edək ki, xüsusi təyinatlı polis dəstəsinin rəisi Gülmurad Həlimov 2015-ci ilin aprel ayında itkin düşüb. Bir ay sonra yaydığı videoda Tacikistan polisinin şəriətə zidd fəaliyyət göstərdiyini və bu üzdən İŞİD-ə qoşulduğunu bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər